Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Volqoqradda məscidi yandırmağa cəhd ediblər

Bu gün Rusiyanın Volqoqrad şəhərində naməlum şəxs məscidin pəncərəsinə içində yandırıcı maye olan şüşə (“butılka”) atıb. APA-nın xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsindən açıqlama verilib.

Şüşə məscidin pəncərəsinə dəyərək sınıb. Məscidə ciddi zərər dəyməyib. Fakt üzrə cinayət işi qaldırılıb.

Qeyd edək ki, Volqoqradda sərnişin avtobusunun partladılmasından sonra bu, şəhərdəki dini obyektlərə ikinci hücum faktıdır. Vilayətin Müsəlman İttifaqı terror aktından sonra vilayətdə müsəlmanlara qarşı aqressiyanın artdığını bildirib.
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP