Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Mirşahindən nazirə 4 sual

Ans-in ötən gün efirə gedən “Hesabat” verilişində jurnalist Mirşahin Ağayev Gənclər və İdman Nazirliyində iddia olunan korrupsiya faktlarından söz açıb.

M.Ağayev bildirib ki, Gənclər və İdman Nazirliyində Hesablama Palatasının apardığı yoxlamaların nəticəsində ortaya çıxan suallara Azad Rəhimov cavab verməlidir.

“Mən Gənclər və İdman Nazirliyinin korrupsiyaya qurşandığını və ya qurşanmadığını, gündə, ayda və ildə nə qədər mənimsədiyini və ya mənimsəmədiyini müzakirə etmək fikrində deyiləm. Baxmayaraq ki, bu mövzuda danışmağa kifayət qədər məlumat var, rəqəm var, cəzalandırılmış şəxslər var. Mən Azərbaycan gənclərinin və idmanının sağlam ruhunu öz sağlam bədənində daşıyan böyük və görkəmli nazirimizin qazandığı halal pulları da saymaq fikirindən çox uzağam. Söhbət heç nazirliyin məsuliyyət zonasına daxil olan külli miqdarda vəsaitin xərclənməsi zamanı baş verən, Hesablama Palatasanın təbirincə desək, nazirliyin xətrinə dəyməsin deyə istiqamətdən kənarlaşmalardan getməyəcək. Biz ANS olaraq dövlətimizin, onun hər hansı bir qolunun pis vəziyyətdə görünməsinin tərəfdarı deyilik”.

M.Ağayev daha sonra nazir A.Rəhimova bir neçə sual ünvanlayıb: “Cənab nazirə suallara keçirəm:

1. Azad müəllim, sizin Olimpiya Komplekslərinin inşası zamanı maliyyə pozuntularına yol verdiyinizi deyirlər. Real xərclər və ayrılmış vəsaitlər barədə təfərrüatlı hesabatı hardan əldə edə bilərik?

2. Cənab nazir, bu Olimpiya Komplekslərinin qiymət fərqi sıçrayışla dəyişir. Niyə bir rayonda tutaq ki, 1 milyon AZN-ə başa gələn kompleks başqa bir və təxminən eyni statusda olan rayonda 12 milyon AZN-ə başa gəlir?

3. Nazir dövlət məmurudur və onun bizneslə məşğul olması qanunla yol verilməz hesab edilir. Doğrudanmı siz bizneslə məşğulsunuz və əgər belə deyilsə, bunu niyə təkzib etmirsiniz?

4. Azad müəllim! Sizi ANS-i məhkəməyə verməklə bağlı anons verdiniz. Bu təbii ki, hər bir vətəndaş kimi sizin də hüququnuzdur. Amma Türkiyə mətbuatında dərc edilmiş çox sərt və ifşaedici, “Rəhimov Azad Ticarət zonası” məqaləsinə heç reaksiya belə vermədiniz. Yeri gəlmişkən məqalədə yazılanlar nə qədər doğrudur?

Daha bir neçə sualımız da var, amma bu sualları verəcəyiniz cavablardan sonraya saxlayaq.

Beləliklə, həm Heydər Əliyevin, həm prezident İlham Əliyevin dövlətimizin gələcəyini gənclər və təbii ki, sağlam gənclərlə bağlaması fonunda məhz Gənclər və İdman Nazirliyinə diqqətimizin səbəbləri və səmimiyyətimiz yəqin ki, kimsədə şübhə doğurmamalıdır. Sadəcə cavab verin. Cavab verin ki, dövlətimizin gələcəyi haram və qaranlıq olmasın. Doğrudur, Azadlıq şirin sözdür. Amma bu gərək intizam və qanun çərçivəsində
1245 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber