Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Rusiya ilə ABŞ arasında əmtəə dövriyyəsi 50% azala bilər

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar iki ölkə arasında əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə aşağı sala bilər.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Rusiya-Amerika ticarət palatasının prezidenti Sergey Millian bəyan edib.

“Cari ildə azalma maksimal 20% ola biləcəyi halda, gələn il tənəzzül 50%-ə çata bilər” – deyə Millian bildirib.

Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən ABŞ şirkətləri maliyyə itkiləri ilə üzləşəcəklər.

“İqtisadi cəhətdən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Amerikaya fayda vermir. Lakin ortaya siyasi məqsəd qoyulub və Ag Ev artıq iqtisadi amillərə nəzər yetirmir”, - Millian vurğulayıb./apa/
1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber