Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Komitə sədri barədə ilginc iddia

Ərdoğanın siyahısında ikinci şəxsin Elşad Isgəndərov olduğu bildirilir

Türkiyəli analitik Eynulla Fətullayevə azərbaycanlı məmur barədə başqə nələr deyib?

“Ərdoğanın siyahısında ikinci şəxs Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Elşad Isgəndərovdur”. Jurnalist Eynulla Fətullayev iddia edir ki, bu informasiyanı ona Türkiyənin analitiklərindən biri verib. Fətullayev həmin analitiklə söhbəti əsasında geniş məqalə yazıb. Məqalədə Elşad Isgəndərovla bağlı ilginc məqamlar var. Bu məqamlar türkiyəli analitikin dilindən verilir.

Onlardan bəzilərini təqdim edirik: “Bu məkrli(Elşad Isgəndərov nəzərdə tutulur-red) tip Elnur Aslanovdan və ya Osmanlı adlı anlaşılmazlıqdan daha çox təhlükə kəsb edir. Ceyhun Osmanlının Xocalı soyqırımının ərəfəsində Istanbulda necə yolunu azdığını bizdə hələ də xatırlayırlar. O, Taksimdəki məlum Xocalı mitinqi ərəfəsində bura gəlmişdi. Istanbulda iki aya yaxın qaldı. Guya Ceyhun 2010-cu ilin fevralında keçirilən bu səs-küylü aksiyanın əsas təşkilatçılarından biri idi. Həmin təşkilati iş üçün Elnur Aslanov ona 1 milyon dollar ayırmışdı. Hamıya məlumdur ki, bu aksiyanı Türkiyə hökuməti təşkil edib. Osmanlı Aslanovla birlikdə həmin milyonu oğurlayıb mənimsədilər. Hə, üstəlik onların burada rəfiqəsi də var - Gezde Dizdar adında. Nurçudur...

...Aslanov əslində təsadüfi siyasi dalğanın ləpəsi üstündə təsadüfən hakimiyyətə qalxan cəsarətsiz və küt oğlandır. Sonra daha iri ləpəli yeni dalğa qalxdı, nəhəng dalğa onu götürüb hakimiyyət dəhlizlərindən çölə atdı. Ola bilsin o, əslində nə baş verdiyini heç başa düşməyib.

Ancaq bu Isgəndərov bizi bərk narahat edir. Hiyləgər, məkrli, lovğa, prinsipsiz karyerist hakimiyyət naminə Güləni də satar və şeytanın tərəfinə keçər. Hərçənd ki, o, şeytanın təsiri altına hələ uzaq 2000-ci ildə, sizin BMT-dəki nümayəndəliyinizdə birinci katib işləyəndə düşüb. Bax, onda o, gülənçilərin şəbəkəsinə, onların iti və əyri caynaqlarının altına düşdü...

...Bizim xüsusi xidmətlərin əməliyyat məlumatına görə, Elşad Isgəndərov Elnur Aslanovla birlikdə Azərbaycanda nurçu ədəbiyyatının populyarlaşması üçün konkret fəaliyyət planı işləyib hazırlayıblar və onu həyata keçirməyə başlayıblar.

Birinci siqnalı biz yeni dini ədəbiyyatın nəşri layihəsindən sonra aldıq. Onlar nəşriyyat hüququ ilə bağlı məsələni müzakirə etmək üçün bir nəfəri ?Zeytun? restoranına dəvət etdilər. Ancaq həmin adamın bizə işlədiyini heç ağıllarına da gətirməmişdilər. Şam yeməyi zamanı Isgəndərov Aslanovla birlikdə həmin adamı nurçuluq haqda kitabı nəşr etməyə ciddi-cəhdlə inandırmağa çalışırdılar. Deyirdilər ki, Dövlət Komitəsi həmin ədəbiyyatın nəşrini maliyyələşdirəcək. O, əlbəttə ki, bütün dünya dinlərinin tarixi haqda kitabların nəşrini təklif edərək öz niyyətlərini ört-basdır etməyə çalışırdı. Yeri gəlmişkən, çox maraqlı layihə idi. Ancaq onlar öz qərarlarında qəti idilər ki, bəs deməzsən, pulu ancaq nurçu ədəbiyyatının hazırlanmasına ayırırlar. Mənim bildiyim qədər belə faktlar az deyil. Bütün bu materiallar sizin xüsusi xidmət orqanlarına verilib".

Bu iddialarla bağlı Dini Qurumlarla Iş Dövlət Komitəsinin mvöqeyini öyrənmək cəhdlərimiz baş tutmadı./azadlıq/
1550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber