Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Əliyevin əmisi oğlunun Isveçrədə biznesi üzə çıxdı

İlqar Əliyevə məxsus Activoil SA şirkəti neft və daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur

Azərbaycan prezidenti Ilham Əliyev və onun ailə üzvlərinə məxsus şirkətlər haqqında dünya mediasinda dəfələrlə müxtəlif informasiya və məqalələr çap olunub. Xüsusilə də, SOCAR şirkətlərinin neft sahəsəindəki “karusel” əməliyyatları və dünyanın müxtəlif ölkələrində yaradılmış offşor şirkətlər haqqında geniş məlumatlar ictimaiyyətə təqdim edilib. Lakin, Əliyevlərin yaxın qohumları və ailənin etibar etdiyi ayrı-ayrı şəxslərin adına yaradılmış şirkətlər bir növ “kölgə” də qalıb.

Bu şəxslər də təsadüfi deyil ki, əsasən neft sektorunda bizneslə məşğul olurlar. Belə şəxslərdən biri də, prezident Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevdir.

Əliyev Ilqar Aqil oğlu Isveçrədə fəaliyyət göstərən və 2011 ci il fevralın 16 da Basel Landschaft Reinach qeydiyyatdan keçmiş Activoil SA şirkətinin təsisçisidir (Qeydiyyat nömrəsi: CH-241.3.009.823-0). Christoph Merian-Ring 23. 4153 Reinach BL ünvanda yerləşən şirkət neft və neft məhsullarının eyni zamanda, daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur. Onu da qeyd edək ki, həmin şirkət əvəllər Isveçrənin Solothon Kantonunda qeydiyyatdan keçmiş sonradan Basel Landschaftda fəaliyyət göstərməyə başlayıb.

2005 ci ildə atası Aqil Əliyev vəfat etdikdən sonra ailə biznesinin başına keçən Ilqar Əliyev şəriklərini sıradan çıxarmaqla məşğul olub. Onun əsas biznes ortaqlarından biri olan “Yeganə Mamed” adlı Məmməd Rəhimov ölkəni tərk etməyə məcbur olub. Səbəb isə, ona Ilqar Əliyev tərəfindən 7 milyon avro məbləğində “haqq” qoyulması olub. Digər biznes ortağı Dəyanət Səlimov adlı şəxs isə 2008 ci ilin noyabrında müəmmalı şəkildə qətlə yetirilmiş, digər ortağı Böyükağa Abdullayev isə həbs edilib. Son iki şəxsin sıradan çıxarılması ilə Ilqar Əliyev hələ 2004 cü ildə təsis edilmiş “EKO SERVIS KO”MMC nin şəriksiz sahibinə çevrilib.

Ilqar Əliyev və onun ailə üzvləri hal hazırda vaxtilə Aqil Əliyev tərəfindən alınmış Isveçrənin Cenevrə şəhərindəki 1224 Ch-ne Bougeries ünvandakı mülkdə rəsmi qeydiyyatdadırlar.

Activoil SA nın Idarə Heyətinə Imamverdi Əliyev, Aydın Mustafa, Aydın Doğuş, Incəsu Vəli və Körpə Kamal adlı şəxslər daxildir.

Burada Idarə Heyətinin sədri olan Imamverdi Əliyev Ilqar Əliyevin biznesini idarə edən əsas şəxslərdən biri kimi tanınır.

Maraqlıdır ki, Idarə Heyətinə üzv olanlar eyni zamanda bir neçə fərqli şirkətlərə malikdirlər. Məs: Körpə Kamal adlı şəxs ARTONTRADE SA (Qeyd nömrəsi: CH-645.4.109.546-6)Təsis tarixi 03.04.2013;AVONIM SA(CH-645.4.109.550-7)04.2013; QEPOPEYES SA (CH ? 645.4.109.504-5) 02.04.2013. Göründüyü kimi K.Kamalın sahib olduğu 3 şirkət eyni ildə bir ay ərzində təsis edilərək qeydiyyatdan keçib. Təbii ki, bu tip şirkətlər əsasən offşor şirkətlər funksiyasını yerinə yetirirlər. Və yaxud, Idarə Heyətinin digər üzvü Mustafa Aydının adına aşağıdakı 4 fərqli şirkət və firmalarda rast gəlinir - Lelvani GmbH , TIMEL Sarl, Taurus Tours AG və Pizzeria Grottino 87.

Activoil SA nın maliyyə, vergi və digər işlərini Activoil şirkəti ilə eyni Kantonda qeydiyyatdan keçmişAustrasse 2 . 4153 Reinach ünvanında qeydiyyatda olan Urs Baumann+Partner AG adlı şirkət həyata keçiri.

Caspian integrated Maritime Services GmbH şirkəti Əliyev Tahir Nadir oğlu tərəfindən təsis edilib. Maraqlıdır ki, əslən azərbaycanlı Böyük Britaniya vətəndaşı olan T.Əliyev həmin şirkəti Britaniyada deyil, 2009 cu il 22 yanvar tarixində Isveçrənin Wallis Kantonunda qeydiyyatdan keçirib. (Qeyd nömrəsi: CH-626.4.012.051-3). Bu şirkətdə ,təbii olaraq neft və neft məhsullarının alqı-satqısı və daşınması ilə məşğuldur.

Burada diqqəti cəlb edən maraqlı məqam ondadır ki, Caspian integrated Maritime Services GmbH şirkəti ilə əməkdaşlıq edən Kanada vətəndaşı Anne Marie Dubuis Bourdeau adlı şəxs sonralar 2012 ci ildə Isveçrədə qeydiyyatdan keçmiş Valimmobilier SA firmasının sahibinə çevrilib.

Rue de Lausanne 116. 1950 Sion ünvanında qeydiyyatda olan Valimmobilier SA firması daşınmaz əmlakın alqı- satqısı ilə məşğuldur (Qeyd Nömrəsi: CH-626.4.011.584-6).

Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin yaxın qohumu Əliyev Anar adlı şəxs haqqında bu yaxınlarda geniş informasiyalar medianın gündəmini zəbt etmişdi. Lakin, onun SOCAR şirkətlərində yerdəyişməsi maraq doğrur. Belə ki o, 2011 ci ildə Cenevrədə fəaliyyət göstərdiyi SOCAR Trading SA şirkətindən işdən çıxaraq Supra Investments SA şirkətində işləmişdir. 2012 ci ildə isə yenidən SOCAR Trading SA şirkətinə geri qayıtmış və həmin ildə yenidən oranı tərk edərək Supra Investments SA şirkətinə işə geri qayıdıb.

Maraqlıdır ki, dünyanın harasında olmasından asılı olmayaraq Əliyev familiyalı şəxslər neft sektoru ilə sıx surətdə bağlıdırlar./azadlıq/
1715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18