Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Seçkilərinin birinci günü 60 nəfər öldü

İraqda parlament seçkilərinin birinci günündə 60 nəfər terrorun qurbanı olub
Terror aklarının ən şiddətlisi Diyala əyalətində prezident Calal Talibaninin tərəfdarlarının toplaşdığı seçki məntəqəsində törədilib

İraqda son gündə törədilən terror aktları nəticəsində yüzlərlə insan ölüb və yaralanıb. İnterAz-ın Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, terror aklarının ən şiddətlisi Diyala əyalətində prezident Calal Talibaninin tərəfdarlarının toplaşdığı seçki məntəqəsində törədilib.

Burada bir kamikadze özünü Kürdüstan Milli İttifaqı üzvlərinin arasında partladaraq, 30 nəfərin ölümü və 60 şəxsin yaralanmasına səbəb olub.

Kərkükdə isə bir kamikadze özünü əl-Vasiti rayonundakı seçki məntəqəsi yaxınlığında partladaraq 7 polisin ölümünə səbəb olub. Bundan başqa Səlahəddin əyalətinin Tuzxurmatu və Bağdadın əl-Mənsur və əl-Əzəmiyyə rayonlarında da terror aktı törədilib.

Bildirək ki, İraqda parlament seçkiləri bu gün hərbi strukturlar və səhiyyə işçiləri üçün keçiriləcək. Sabah isə bütün vətəndaşlar seçkilərə qatılacaqlar. Bu parlament seçkiləri ABŞ qüvvələrinin İraqı tərk etdikdən sonra ilk seçkilərdir. Ekspertlər, İraqda hökm sürən şiddətli siyasi gərginlik və zorakı rəqabəti nəzərə alara, burada hər hansı bir qüvvənin vahid koalisiyaya təşkil etmədən qalib gələ bilməyəcəyini bəyan ediblər.
1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat