Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

ATV-də rüşvət yığılır

ATV-də yayımlanacaq “Azərbaycanın səsi” verilişində iştirak etmək üçün müraciət edənlərdən 600 AZN istəyirlər.

Bu barədə məlumatı həmin verilişə qatılmaq istəyən gənclər sosial şəbəkədə paylaşıblar. Onlar bildiriblər ki, adi seçim turunda iştirak etmək istəyənlərdən 600 AZN tələb olunur. Əgər münsiflər həmin şəxsi seçsələr, o zaman ödənilmiş məbləğ geri qaytarılmır. Yarışda seçilməyənlərə isə həmin məbləğin 500 manatı qaytarılır. Bu xəbər sosial şəbəkədə geniş etiraza səbəb olub və həmin yarışmaya qatılmaq istəyən gənclərin əksəriyyəti rüşvət istənildiyinə görə verilişə getməkdən imtina ediblər.

Qeyd edək ki, layihənin eynisi Rusiyada “Qolos”, Türkiyədə “O səs Türkiyə”, Böyük Britaniyada “Voice” adıyla həyata keçirilir./axar/
1275 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:4