Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

İran Amerikanın ən böyük arzusunu ürəyində qoyub

Mayis Güləliyev: “Dünya dövlətləri arasında, xüsusilə Qərb ölkələrinin strateji fəaliyyətində fundamental elmin hər kəsə verilməməsi məsələsi xüsusi diqqətdə saxlanılır"
Amerika-İran münasibətlərinin yumşalmasına dair atılan addımlar müsbət qiymətləndirilməlidir. Belə ki, regionda nə qədər əmin-amanlıq və iqtsadi inkişaf olarsa, bir o qədər də dövlət kimi ən çox fayda görənlərdən biri də Azərbaycan olacaq. Ümumiyyətlə regionda baş verən hadisələrin nizamlanmasında Yaxın Şərqin böyük dövlətləri olan İran və Türkiyə çox mühüm rol oynayır. Bu ölkələrdə inkişafın və sabitliyi yaşanması ümumilikdə regionun təhlükəsizliyi və inkişafı deməkdir.” Bu sözləri FaktXeber.com-a Yaşıllar Partiyasının sədri Mayis Güləliyev son zamanlara İran-Amerika münasibətlərinin yumşalmasına dair səsləndirilən fikirlərə aydınlıq gətirərkən söyləyib. Müsahib bildirdi ki, İranla Qərb münasibətlərinin yaxşılaşmasını hamı arzu edir: “Lakin Amerika və Qərb dövlətlərinin İranla münasibətlərinin hər iki tərəfin maraqlarını nəzərə almaqla yaxşılaşdırmaq istəyinin nə dərəcədə səmimi olmasını demək isə çətindir. Bu münasibətlərin müsbətə doğru dəyişməsinin nə qədər yaxşı olmasına baxmayaraq Qərb dövlətləri buna cəhd göstərməyəcəklər. Eyni halda Qərbin İranın və İran xalqının maraqlarını nəzərə alması, ciddi şəkildə bu ölkənin inkişaf etməsi deməkdir. Qərb dövlətləri 30 ildir İrana qarşı hər cürə sanksiya tətbiq etməsinə baxmayaraq, İran özünü təmini üçün iqtisadi model seçərək inkişaf edib. Artıq İran texnologiyası və fundamental elmi ciddi şəkildə yüksəlib. “

Mayis bəy onu da bildirdi ki, dünya dövlətləri arasında, xüsusilə Qərb ölkələrinin strateji fəaliyyətində fundamental elmin hər kəsə verilməməsi məsələsi xüsusi diqqətdə saxlanılır: “ Yəni hər bir xalq fundamental elmlə məşğul olmamalıdır. Bu Amerika və Avropanın xüsusi strategiyasıdır ki, yalnız seçilmişlər fundamental elmlə məşğul ola bilər. Fundamental elmi əlində saxlayan seçilmişlər gələcəkdə dünyanı idarəetmək iddiası ilə çıxış edirlər. İran isə son 30 ildə fundamental elm sahəsində əldə etdiyi nailiyyətləri mövcuddur ki, dünya ölkələrinin ciddi şəkildə narahat edib. Belə bir vəziyyətdə regionun inkişafı və əmin-amanlığı üçün İran-Qərb münasibətlərinin müsbətə doğru dəyişməsini arzu etməyimiz, Amerikanın regionla bağlı siyasətinə və marağına narahatçılıqlar və maneələr yaradır. Qərb dövlətlərinin digər ölkələrinin yeraltı və yer üstü sərvətlərini ələ keçirmək iddiasına qarşı çıxan İran, daima Amerika və Avropa ölkələri üçün baş ağrısına çevrilib.”

Qlobal dünyada neft və qaz istehlakının və istehsalının artdığını bildirən ekspert, “ bu isə enerji resurslarının sürətlə azalmasına gətirib çıxarır. Resursların böyük əksəriyyəti isə Yaxın Şərqdədir. Deməli Yaxın Şərqin neft və qaz resurslarını ələ keçirmək əslində dünyanı ələ keçirmək deməkdir. Belə bir vəziyyətdə Qərb dövlətləri nə qədər ki, İranın yeraltı və yer üstü sərvətlərini ələ keçirməyib, nəticədə İran-Qərb münasibətlərini yaxşılaşmasına dair arzularımız elə arzu olaraq qalacaqdır.”, - deyə söylədi.
1720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<