Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Şəhid ailəsindən ölkə başçısına ürəkağrıdan müraciət

Yasamal rayonu H.Cavid prospekti 500, ev 4 mənzil 53-də yaşayan, 1992-ci ildə Şuşada Daşaltı əməliyyatında şəhid olan Sabir Rüstəmovun həyat yoldaşı Şükufə Abbasova xərçəngə meyilli vitilgiya xəstəliyinə düçar olan qızı Nilufər üçün İlham Əliyevə və xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciətdə deyilir: ” Mən Şükufə Abbasova ailəmlə birlikdə 1992-ci Şuşa şəhərindən qaçqın düşmüşəm. Həyat yoldaşım Sabir Rüstəmov 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olub. Hazırda Bakı şəhərində kirayədə yaşayıram. Şuşa Humanitar Kollecində müəllimə işləyirəm aylıq əmək haqqım 150 manatdır. Bundan başqa prezident tərəfindən şəhid ailələrinə təyin edilən 200 manat təqaüd alıram. İki uşağımı min cür əziyyətlə böyütmüşəm. Hazırda qızım Nilufər xərçəngə meyilli vitilgiya xəstəliyinə düçar olub. Həkimlər bildirirlər ki, qızımın müalicəsi ancaq xaricdə mümkündür. Möhtərəm prezident, hörmətli Mehriban xanım! Bir aciz ana kimi sizə müraciət edirəm. Mənim qızımın müalicəsi üçün yardımlarınızı əskik etməyin. Qızımın həyatını xilas etməniz üçün onun xaricdə müalicəsini təmin etməyinizi xahiş edirəm. Mənim bir ana kimi son ümid yerim Allah və Sizlərsiz”.
1340 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...