Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Ukrayna: Luqansk da əldən gedir

Ukraynanın şərqində Luqansk vilayət administrasiyasının binası Rusiyayönümlü separatçılar tərəfindən ələ keçirilib.


Ukrayna xəbər saytlarının verdiyi məlumata görə, armatur və dəyənəklərlə silahlanmış separatçılar binanın qapı və pəncərələrini sındıraraq içəri giriblər. Onlar binadakı Ukrayna bayrağını çıxarıblar.

Xatırladaq ki, daha əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin Luqanskdakı yerli idarəsinin binası ələ keçirilmişdi. Separatçılar Ukrayna hakimiyyətindən həbs olunanların azadlığa buraxılmasını, referendum keçirilməsini, rus dilinə dövlət dili statusu verilməsini tələb etmişdilər. Bu tələblər yerinə yetirilmədiyi üçün onlar vilayət administrasiyasının binasına hücum ediblər. Ukrayna rəhbərliyi Rusiyanın ölkəyə qoşun yeridəcəyindən ehtiyatlandığı üçün separatçılara qarşı güc işlətmir.
1308 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber