Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Hizbullah paytaxt Beyrutda ballestik raketlər yerləşdirib – İsrail ordusu

“Hizbullah gələcəkdə İsraillə baş tutacaq müharibəyə hazırlaşmaq məqsədilə Beyrutda xəstəxanaların birinin üzərinə ballestik raket quraşdırıb”. İnterAz-ın “ən-Nəşrə” xəbər portalına istinadla verdiyi xəbərə görə, bu barədə işğalçı İsrail ordusunun hərbi kəşfiyyatının sabiq zabitlərindən olan general Amos Yadlin məlumat verib. Onun sözlərinə görə, Hizbullah gələcəkdə baş tuta biləcək müharibədə bu və digər ballestik raketləri Təl-Əvinin mərkəzinə atmaq niyyətindədir ki, bu raketlərin hər biri Təl-Əvinin mərkəzinə düşdükdə 500-ə yaxın insan öləcək.

İsrail generalı Hizbullahın qitələrarası raketlərə malik olduğunu və onun əldə etdiyi hərbi imkanların bir çox dövlətlərdə olmadığını bəyan edib.

Bildirək ki, az öncə İsrail mediyası ölkə hərbi mənbələrinə istinadla, bu ölkənin gələcəkdə hər hansı bir döyüşə hazır olmadığını qeyd etmişdilər.
1264 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP