Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

ABŞ-da hər 25 edam olunandan 1-i günahsız imiş

ABŞ-ın nüfuzlu “Newsweek” jurnalı ölkənin məhkəmə sisteminin günahsız insanları necə edam etdirdiyinə dair araşdırma dərc edib.

Araşdırmaya əsasən edam olunan hər 25 nəfərdən 1-nin günahsız olduğu, yəni törətmədikləri cinayətlərə görə öldürüldüyü üzə çıxıb.

Araşdırmanın müəlliflərindən biri Samuel Qross deyib ki, günahsız yerə ölüm hökmü alanların çoxuna bəraət verilmir və onların adları reabilitasiya olunmur.

“Şübhəsiz ki, belələrinin çoxu edam olunur” - deyə o bildirib.

Araşdırmaya görə, 1973-cü ildən bu yana ölüm hökmü kəsilmiş 144 nəfərə bəraət verilib. Bu, ölüm hökmü alanların cəmi 1,6 faizidir. Jurnal yazır ki, aparılan araşdırma ölüm hökmü kəsilənlərin 4,1 faizinin günahsız olduğunu göstərib və ortaya çıxan mənzərə dəhşətlidir: ABŞ-da böyük sayda günahsız insan törətmədikləri cinayətlərə görə edam olunublar.

Bundan əlavə, törətmədikləri cinayətlərə görə ölüm hökmü alanların xeyli hissəsi hələ də həbsxanalardadır və çətin ki, onlar nə vaxtsa azadlığa çıxarlar.

“Mənim üçün rəqəmin belə böyük olması gözlənilməz deyil. Ancaq edam olunanların sayının bəraət alanların sayından iki dəfədən çox olmasını fikirləşmirdim” - deyə ölüm hökmləri üzrə İnformasiya Mərkəzinin (Death Penalty Information Center) icraçı direktoru Riçard Dayeter bildirib.

İndiyədək Amerikada hamı belə hesab edirdi ki, hakimlərin çıxardığı ədalətsiz hökmlərin sayı cüzidir. Lakin Samuel Qross deyir ki, son araşdırma bu qənaəti heçə endirir. Uzun müddət heç kimə məlum olmayan rəqəmi ortaya çıxarmaq üçün araşdırma müəllifləri yanlış hökm çıxarıldığı ehtimal edilən məhkumlar qrupunun işini araşdırıb.

Söhbət ölüm hökmü alanlardan gedir. ABŞ-ın ədliyyə sistemi bu cür insanlara bəraət verilməsi üçün mümkün olanı edir.
1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber