Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2013

ABŞ-ın casusluq fəaliyyəti ilə bağlı qətnamə layihəsi hazırlanıb

Braziliya və Almaniya ABŞ xüsusi xidmət orqanlarının casusluq fəaliyyəti ilə bağlı qətnamə layihəsi hazırlayıblar

Braziliya və Almaniya özəl həyata müdaxilənin yolverilməzliyi prinsipinin internetə də şamil olunması barədə BMT-də qətnamə layihəsi təşəbbüsü ilə çıxış ediblər.

APA-nın ABŞ-ın “The Foreign Policy” nəşrinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsinin bu ilin sonuna qədər BMT İnsan Haqları Komitəsində səsverməyə çıxarılması gözlənilir.

Sənəddə ABŞ xüsusi xidmət orqanlarının başqa dövlətlərin vətəndaşları və rəhbərlərini dinlədiyinə dair üzə çıxan qalmaqaldan bəhs edilməsə də, layihə məhz bu problemlə bağlı hazırlanıb.

“France Presse” isə Avropa Birliyinin prezidenti Herman van Rompeyə istinadən xəbər verir ki, Fransa və Almaniya qalmaqalla bağlı ABŞ-la ikitərəfli danışıqlar aparmaq niyyətindədir.
1477 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP