Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Beynəlxalq təşkilatlar Leyla Yunusa təzyiqi pisləyir

Beynəlxalq hüquq müdafiə təşkilatları Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunusa və onun həyat yoldaşı, ekspert Arif Yunusa qarşı təzyiq haqqında məlumatlardan narahatdırlar.

Xüsusən, Norveç Helsinki Komitəsi L.Yunusun Bakı aeroportunda saxlanılmasını pisləyir və onun həbsi ehtimalı ilə bağlı dərin narahatlığını ifadə edir.

“Leyla və Arif Brüsselə konfransa gedirdilər. Heç nə onların yola çıxmasına mane olmamalı idi: onla şübhəli şəxs, hansısa cinayət işində şahid deyillər. Onları hətta dindirilməyə belə çağırmayıblar”, deyə öz növbəsində Human Rights Watch-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Riçel Danber bildirir.

Bəyanatda qeyd edilir ki, SDİ bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirovun da iştirak etdiyi bəzi proqramların təşkilatçısıdır.

Bu zaman xatırladılır ki, Yunus Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında körpülər qurulmasına 20 ildən çox vaxt həsr edib.

Denber daha sonra qeyd edib ki, Azərbaycanda hazırda siyasi motivlərlə 30-a yaxın vətəndaş fəalı, jurnalist, müxalifətçi həbs edilib ki, Mirqədirov və Leyla Yunus bunu tənqid edib.

“10 gün sonra Fransa prezidenti Fransua Olland Bakıya rəsmi səfər edəcək. Azərbaycan hökuməti bu səfərə böyük əhəmiyyət verir. Bu, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması ilə eyni vaxta təsadüf edir. Ümid edirəm ki, Olland Leyla ilə görüşdə israr edəcək və Azərbaycanlı həmkarının Yunusun və Mirqədirovun azadlığının Fransa-Azərbaycan münasibətləri üçün çox əhəmiyyətli olduğunu anlamasına şərait yaradacaq”, deyə Human Rights Watch-un bəyanatında bildirilir.

Xatırladaq ki, Leyla Yunus “Fransanın Fəxri Legionu Ordeni Kavaleri” mükafatına layiq görülüb./azadlıq/
1374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı