Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

Əli Kərimlidən Leyla Yunusa görə sərt açıqlama

“Orta əsr təfəkkürlü idarəetməniz uzun sürə bilməz. Qorxunun əcələ faydası yoxdur!”

AXCP sədri Əli Kərimli hüquq müdafiəçisi Leyla Yunusun saxlanılaraq istintaqa cəlb edilməsinə münasibət bildirib. AXCP sədri Facebook səhifəsində yazır:

“Maskalarını çıxarıblar. Açıq şəkildə, bağıra-bağıra deyirlər ki, heç bir keçilməyən qırmızı xətt tanımırlar.

Hakimiyyət Leyla Yunusu saxlamaqla, ona qarşı edilən əxlaqsızlıqla nəinki qanunları, həm də hər zaman arxasında gizləndiyi, sui-istifadə etdiyi milli mentalitetimizi ayaqladı. Bir daha hamımıza bəyan etdilər ki, onlar üçün müqəddəs heç nə yoxdur.

Leyla xanımdan açıq-aşkar qisas alırlar. Evi sökülənləri, siyasi məhbusları qorxmadan müdafiə etdiyi üçün ondan qisas alırlar. Onu repressiyaya məruz qoymaqla, digərlərini də qorxutmaq və beləliklə, ölkədə bütövlükdə hüquq müdafiəçisi institunu sıradan çıxarmaq istəyirlər.

Rusiya bölgədə aranı qatıb, bunların nefti, qazı yenə də Qərb üçün önəmli olub. Müvəqqəti əllərinə düşmüş bu fürsətdən istifadə edib, demokratik düşərgəni zəiflətmək istəyirlər. Amma alınmır və alınmayacaq. İctimai-siyasi fəalları qorxutmaq onsuz da mümkün olmur. Onlar kiminlə mübarizə apardıqlarını da, nə uğrunda mübarizə apardıqlarını da yaxşı bilirlər.

Görün, 13 gündür aclıq edən 8 nəfər NİDA-çı gənc hansı cəsarətlə mübarizəni davam etdirir. Qurban Məmmədov, Tofiq Yaqublu, İlqar Məmmədov, Pərviz Həşimli, Anar Məmmədli, Tale Bağırzadə, Abgül Süleymanov, Yadigar Sadıqlı və daha neçə nəfər siyasi məhbus həbsxanada belə, mübarizələrini davam etdirirlər. Leyla xanımı da qorxuda bilməyəcəksiniz. Amma əvəzində bu həbslərlə hökumətinizi bütün dünyada rüsvay etmisiniz. Azərbaycan xalqının, hətta “mən siyasətə qarışmıram” deyən kəsimin də gözündən düşürsünüz. Hər bir insanın qəlbində az da olsa ədalət, mərhəmət, azadlıq hissi var. Sadə insanlar bir tərəfdən sizin azğın, harın, oğru həyat tərzinizi, digər tərəfdən başqalarına münasibətdə necə ədalətsiz, haqsız, mərhəmətsiz olduğunuzu görürlər. Hər belə hərəkət sizi xalqdan daha da qoparır, xalqla aranızdakı uçurumu böyüdür. Atılıb-düşməklə deyil. Sizin orta əsr təfəkkürlü idarəetməniz 21-ci əsrdə uzun sürə bilməz. Bilin ki, qorxunun əcələ faydası yoxdur!”.
1364 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44