Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Putin Rusiya qoşunlarının Ukraynada olması ilə bağlı iddiaları rədd edib

Rusiya prezidenti Vladimir Putin Ukraynada Rusiya qoşunlarının olmadığını bəyan edib. “İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Putin ötən gün jurnalistlərə bildirib.

“Hər gün bizim orada xüsusi bölmələrimizin, təlimatçılarımızın olması ilə bağlı iddialar eşidirik. Tam məsuliyyətlə bəyan edirəm ki, orada Rusiyanın nə təlimatçıları, nə xüsusi bölmələri, nədə ki qoşunları var, orada heç kim yoxdur”, deyə o qeyd edib.

“Özləri bu qarışıqlığı yaradıblar, indidə bizim vasitəmizlə həll etmək istəyirlər. Həll etmək mümkündürmü? Yəqin ki, mümkündür”, deyə Putin bildirib.

Onun sözlərinə görə, bunun üçün bütün tərəflər danışıqlar masası arxasına əyləşməlidir və Cenevrə razılaşmalarına hörmətlə yanaşmalıdır./apa/
1288 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat