Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Silahlılar Liviya parlamentinin binasını ələ keçiriblər

Silahlılar Liviyanın paytaxtı Tripolidə parlament binasını ələ keçiriblər.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, hücum deputatlar ölkənin baş naziri vəzifəsinə iddialı namizədlər arasında seçim etdiyi an törədilib.

Məlumata görə, hücum zamanı parlamentdə çaxnaşma yaranıb, deputatlar tələsik binanı tərk etməyə başlayıb. Xəsarət alanların olduğu bildirilir.

Bəzi məlumatlara görə, hücum edən şəxslər hökumət başçısı vəzifəsinə namizədlərdən birinin tərəfdarlarıdır. Birinci tur səsvermənin nəticələrinə görə, qeyd olunan şəxsin namizədliyi qəbul edilməyib.

Yekun səsvermənin gələn həftəyə təxirə salındığı bildirilir.
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber