Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

“Real” “Bavariya”nı darmadağın etdi

Çempionlar Liqasının yarımfinalında ilk cavab oyunu keçirilib.

Almaniyanın “Bavariya” klubu doğma “Alyans-Arena”da İspaniyanın “Real Madrid” klubuna biabırçı hesabla məğlub olaraq turniri tərk edib.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş aprelin 23-də “Santyaqo Bernabeu”da keçirilib. Həmin görüşdə Kərim Benzemanın vurduğu yeganə qol “Real”a qələbə qazandırıb.

Almaniyada keçirilən görüşdə isə “Bavariya” daha böyük hesabla uduzub. Münhenlilər “Alyans-Arena”da qapılarından 4 cavabsız qol buraxaraq turniri biabırçı şəkildə tərk ediblər. Qolları 15 və 20-ci dəqiqələrdə Serxio Ramos və 34 və 90-cı dəqiqələrdə Kriştiano Ronaldo vurub.

Çempionlar Liqası
29 aprel

“Bavariya” – “Real” - 0:4

Qollar: Serxio Ramos, 15; 20; Kriştiano Ronaldo, 34; 90
İlk oyun – 0:1

"Bavariya": Noyer, Dante, Boatenq, Lam, Riberi, Robben, Müller, Alaba, Şvaynştayger, Kroos, Mandzukiç
"Real": Kasilyas, Pepe, Ramos, Fabio Koentrao, Karvaxal, Xabi Alonso, Modriç, di Mariya, Beyl, Ronaldo, Benzema
1480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19