Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Luqanskda DİN, prokurorluq və televiziya binası ələ keçirildi

Etirazçılar Luqanskda DİN İdarəsinin binasını ələ keçiriblər.

Bu barədə “RİA Novosti”yə “xalq icmasının” əlaqələndiricisi Oleq Dereko bildirib.

“Biz artıq DİN-i ələ keçirmişik, hazırda polisi tərksilah edirik”, deyə o bildirib.

UNİAN-ın məlumatına görə, Rusiya yönümlü fəallar binanın üzərinə bu ölkənin bayrağını ucaldıblar.

Bundan əvvəl Luqansk vilayəti üzrə Ukrayna DİN Baş İdarəsinin rəisi istefa raportu verib.

Qeyd edək ki, etirazçılar Luqanskda, həmçinin, vilayət prokurorluğu binasını və televiziya mərkəzini ələ keçiriblər.

Etirazçılar nəzarətə aldıqları binaların qarşısında silahlı postlar qurub. Məlumata görə, etirazçılar vilayət prokurorluğu binasının üzərində dalğalanan Ukrayna bayrağını yandırıblar.
1221 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42