Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

"Ayıbdır!"ı itirməyək

Hətta 70 iilik Sovet dönəmi də bir sıra yazılmamış qanunları aradan apara bilmədi. Və bunlardan bəzisi bugünümüzə də gəlib çatıb. Düzdür, son onillərdə toplumumuz güclü mənəvi erroziyaya məruz qalıb. Vaxtilə yazılmamış qanunları ilə ad çıxaran millətimiz, indi bir az fərqli durumdadır.
Günümüzə gəlib çatanlardan ən mühümü abır-həya ilə bağlıdır. Kişi-qadın münasibətləri, qadına hörmət də o cümlədən buraya aiddir. "Ayıbdır!" anlayışı - azərbaycanlının mental koduna yazılmış bir məfhumdur.

Amma Leyla Yunusa qarşı polis hörmətsizliyi, ələlxüsus da ayaqyolu rəzilliyi hamımız üçün ciddi siqnaldır. Milli özünüdərkimizin axırıncı bastionları əldən verilə bilər. Diqqətli olaq. Buna adi baxmayaq. Bunun adiləşməsinə razı olmayaq. Elə etməyək ki, dünya bizi qadın ayaqyoluna soxulan polislə tanısın, bunu bizim millətə aid bilsin. "Ayıbdır"ın aradan getməsinə gərək imkan verməyək.

Bu ləkəni yumağın ən sadə yolu həmin polisi biabırçılıqla orqanlardan qovmaqdır. Cəmiyyət impuls alsın ki, bu, anormaldır. Dünya impuls alsın ki, belə şey hər yerdə ola bilər, əsası buna verilən reaksiyadır. Yerdə qalanlar da bilsin ki, heç bir halda keçilməyən sərhədlər var.
Əlaqədar şəxslər məsələnin əhəmiyyətinə varıb, düzgün addım atmalıdırlar. Bu, fərdi məsələ deyil. Bu, hamımıza lazımdır.
1564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:15</