Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Hitlerin 81 yaşlı xidmətçisi danışdı

Hitler və Yeva Braun haqqında ən kiçik məlumat belə, yenə də insanları maraqlandırır.

Almaniya qəzetlərindən birinə müsahibə verən, Hitler və Yeva Braunun xidmətçisi olmuş Elizabet Kalhammer nəhayət ki, susqunluğunu pozub.

1943-cü ildə qəzet elanı ilə Hitlerin yaşadığı evə gələn, ancaq iş görüşməsində kimə xidmət edəcəyini öyrənən Elizabet anasının bütün etirazlarına baxmayaraq, işə başlayıb.

Kalhammer bildirib ki, işlədiyi müddətdə Hitlerin yanında bir dəfə də olsun danışmayıb, çünki bu, yasaq olub. Amma o, Hitlerin hərəkətlərinə və yediyinə diqqət edə bilib. Hitler xəstəliyinə görə hər zaman dieta saxlayırmış.

Elizabetin xüsusi işlərindən biri də hər gün Hitlerə tort hazırlamaq olub. Hitler hazırlanan tort evdə hamı yatandan sonra faşist rəhbərinin qalxıb gizlincə yeməsi üçün bir kənara qoyulurdu. Alma, fıstıq, kişmişdən hazırlanan bu tortun adı “Fürer tortu” olub.

Xidmətçi qadın onu da vurğulayıb ki, Hitlerin şirniyyata qarşı zəifliyi olub.

“Hitler çayını ancaq Nürnberq çinsindən olan bir fincanda içərdi. Bir gün mən o fincanı sındırdım və buna görə tətilimdən kəsilərək cəzalandırıldım”, - deyən Elizabet Yeva Braun haqında xoş sözlər deyib. O, bildirib ki, evli olmasa da, o, tam ev sahibəsi kimi davranırdı və bizimlə xoş rəftar edirdi.

“Yeva Braun gözəl geyinməyi sevirdi və bizimlə də xoş davranırdı. O, demək olar ki, bizimlə dost idi. Hətta o bir dəfə yeni ildə mənə yun ip gətirdı və onlardan alman əsgərlərinə corab toxumamı istədi”.

Elizabet Kalhammer hal-hazırda 81 yaşındadır və müharibədən sonra hər zaman susqunluğunu qoruyan qadın yalnız indi bildiklərini danışmaq qərarına gəlib./axar/
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.