Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

“Əl-Qaidə”nin hazırkı lideri Rusiyada həbs edilibmiş - Foto

  • Onun birlikdə həbs edilən şəxs isə Azərbaycandakı sələfilərinin rəhbəri olub

Hazırda “Əl-Qaidə” terror şəbəkəsinə rəhbərlik edən Ayman əl-Zəvahiri 1996-cı il dekabr ayının 1-də Çeçenistana getmək istəyərkən Dağıstanın Mahaçqala şəhərində iki silahdaşı ilə birgə həbs edilibmiş. Əl-Zəvahiri saxta pasport daşıyırmış. Zəvahirinin saxta pasportda adı Abdullah İmam Məhəmməd Əmin olub. 
Məlumata görə, “Wall Street Journal” qəzetinin 7/2/2002-ci il çapında yazılır ki, onlar Rusiyaya girdikdən sonra 3 saat ərzində 3 dəfə avtomobillərini dəyişmək məcburiyyətində qalıblar. Amma Rusiyanın kəşfiyyat idarəsi onları 4 saatdan sonra həbs edə bilirlər. İstintaqa cəlb edildikdən 5 ay sonra məhkəmələri keçirilir. Terrorçuların silahdaşları 5 ay müddətində təbliğat apararaq bildirirlər ki, həbs edilənlər tacirlərdir və Rusiyaya ticarət məqsədi ilə gəliblərmiş. 
Məhkəmə əsnasında da isə daha maraqlı hadisə baş verir. Belə ki, Rusiya Parlamentinin deputatı olan Nadir Xaçilayev məhkəməyə gələrək, sözügedən şəxslərin səhvən həbs edildiyini bildirir və onların tacir olduğunu söyləyir. 

Nəhayət Məhkəmə onlar haqda 6 ay həbs qərarı verir. Amma 1 ay sonra şübhəli şəkildə azadlığa buraxılırlar.

Qeyd edək ki, Nadir Xaçilayev Rusiya Dumasının deputatı olmaqla yanaşı həm də Rusiya Ədliyyə Nazirliyi tərəfindən ektstermist təşkilat sayılan Rusiya Müsəlmanları Birliyi və Sülh Fondunun Dağıstan şöbəsinin rəhbəri olub. Ona qarşı aldırılan kütləvi iğtişaş yaratmaq və silah-sursat saxlamaq ittihamı məhkəmədə sübut olunub. General-polkovnik Gennadi Troşev öz xatirələrində Xaçilayev barədə “sələfilərinin Dağıstan lideri” və “Kador dərəsindəki separatçıların rəhbəri” kimi bəhs edib. 2002-ci ildə isə Dağıstan prokurorluğu onu hərbçilərlə dolu maşını partlatmaqda ittiham edib. 12 avqust 2003-cü ildə sui-qəsd nəticəsində öldürülüb.

Maraqlı məqam isə ondan ibarətdir ki, Əl-Zəvahiri ilə birgə həbs edilən Əhməd Səlamə Məbruk Misirdə yaradılan “İslami Cihad” terror təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri olub. Hişam Əl-Hənəvi isə yüksək peşəkarlığa malik döyüşçü imiş.

“Əl-Qaidə”nin hazırkı lideri Rusiyada həbs edilibmiş
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı