Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Bosniya Suriyaya yollanan vətəndaşlarını 10 il həbsə məhkum edəcək

Sözügedən qərarın qəbul edilməsindən məqsəd vətəndaşların xaricə döyüşə gedib, qayıtdıqdan sonra yaradacaqları təhlükələrin qarısını almaqdır

Bosniya ölkədən xaricə döyüşə gedən və yaxud vətəndaşların döyüş məqsədilə xaricə göndərilməsini təmin edən şəxslərə 10 ilə qədər azadlıqdan məhrum etməyi qərara alıb. İnterAz-ın Londonda nəşr edilən əl-Həyat qəzetinə əsasən, Bosniya rəsmiləri bildiriblər ki, sözügedən qərarın qəbul edilməsindən məqsəd vətəndaşların xaricə döyüşə gedib, qayıtdıqdan sonra yaradacaqları təhlükələrin qarısını almaqdır.

Bildirək ki, təkcə son ildə Bosniyadan Suriyaya yollanan vətəndaşların sayı minimum 150 şəxs olub.

Ekspertlərin fikrincə, 1992-1995-ci illərdə Bosniya-Serbiya müharibəsi dövründə Yaxın Şərqdən buraya cihada gələnlərin sayı kəskin artmağa başlayıb. Məhz bu mühacir döyüşçülərin təbliğatı nəticəsindədir ki, hazırda bosniyalı gənclər radikal təriqətləri qəbul edir və Suriyaya cihada yollanırlar.
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:41