Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Cəbhədə erməni təxribatı davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Qazax, Ağdam, Göygöl və Xocavənd istiqamətindən atəşkəsi pozublar

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Baş Qərvənd, Şıxlar kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14