Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Bakı sakinin boğazını kəsərək telefonunu oğurlayıblar

Bakı sakinin boğazını kəsərək mobil telefonunu oğurlayan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, aprelin 29-da Qara Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Hüseyn Bağırova boğaz nahiyəsindən şüşə parçası ilə xəsarət yetirib və mobil telefonunu əlindən alaraq qaçıb. Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Səxavət Şəfiyev tutulub./lentaz/
1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP