Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Putinlə Medvedev Krıma gedir

Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev 9 mayda Krıma səfər edəcəklər.

Yarımadaya uçmazdan əvvəl ənənəyə uyğun olaraq prezident Moskvada Qırmızı meydanda paradı qəbul edəcək. Adətən paraddan dərhal sonra dövlət başçısı qələbə günü münasibəti ilə qəbul keçirir.

Amma bu dəfə qəbul 8 may axşamı keçiriləcək. Çünki Qırmızı meydandakı tədbirdən sonra dövlət başçısı baş nazirlə birgə səfərə çıxacaq.

Məlumatlara görə, prezident və baş nazir ilk növbədə Sevastopola yollanacaqlar. Rusiya rəsmilərinin səfəri çərçivəsində Simferopola baş çəkmələri də planlaşdırılır.
1565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP