Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2013

Xaçmazda oğlu həbs olunan qadın özünü yandırıb

Xaçmaz rayonunda 52 yaşlı qadın intihara cəhd edib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1961-ci təvəllüdlü Xaçmaz şəhər sakini Nazilə Nurəddin qızı Qabulova özünü yandırıb.

O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona bədənin müxtəlif 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra N.Qabulova müalicə üçün paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Qeyd edək ki, N.Qabulovanın özünü yandırmasının səbəbi oğlunun Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə 3-cü dəfə 4,8 il müddətinə azadlıqdan məhrum edilməsi olub. Qərara etiraz edən qadın özünü yandırıb.
1568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber