Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Şəxsi hesabım bağlanıb

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı, politoloq Arif Yunusla birlikdə aprelin 28-də gecə Bakı hava limanında saxlanılıblar.

Arif Yunus aprelin 28-də gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda xəstəxananın kardiologiya şöbəsində müalicəsi davam edir. Modern.az xəbər verir ki, bu olaylardan sonra ilk dəfə “Azadlıq” radiosuna müsahibə verən A.Yunus son 4-5 ildə yüksək təzyiqdən əziyyət çəkdiyini, Bakıda bir neçə tibb mərkəzində müalicə aldığını söyləyib: “Gündə azı 3 dərman qəbul edirəm, yoxsa təzyiq qalxır. Təzyiqimin 150-160-a qalxdığı olur. Beşinci gün gördüm ki, halım pisləşir, ABŞ səfirliyi ilə üzbəüz klinika var, getdim ora. İçəri girən kimi halım pisləşib, təcili yardım çağırılıb. Təzyiqim 240/140-a qalxıbmış. Aparıblar Neftçilər Xəstəxanasına, birinci günədək orada qalmışam, nə lazımdırsa, ediblər. Mən və xanımım EED (European Endowment for Democracy) təşkilatından dəvətnamə almışdıq, Brüsselə tədbirə getməli idik. Birinci gün xəstəxanadan çıxdım. Pasportlarımız əlimizdə getdik aeroporta. Uşaq deyilik, təxribat ola biləcəyini hiss edirdik. ABŞ və Fransa səfirliklərinin təmsilçiləri ilə görüşdük, dedilər ki, “narahatsınızsa, sizinlə aeroporta gedərik”. Aeroportda pasport nəzarətindən keçdik, möhür vuruldu. Ancaq minik zolağında gözləyərkən bizə bir polkovnik yaxınlaşıb dedi ki, uça bilməzsiniz, ardımca gəlin. Bizi bir otağa apardılar. Baqajı yoxlamağa başladılar. Gecə 3, ya 4-də Nərimanovdakı evimizə gəldik. Orada vəziyyətim pisləşdi. Sonra məni Semaşkoya aparıblar”. A.Yunus daha sonra deyib ki, Fransa prezidenti ilə görüşləri qüvvədədir: “Fransua Olland mayın 12-də Bakıya gəlir. Xanımımla mən siyahıdayıq, bizimlə görüşəcək. Yəni biz Bakıya qayıtmalı idik, bir həftəlik seminara gedirdik. Hara qaçırdıq? Həm də bizə ölkədən çıxmamaq qadağan olunmamışdı”.

A.Yunus bankdan pul çıxarmaq cəhdi barədə də danışıb: “Neftçilər Xəstəxanasından çıxanda getdim banka ki, pul götürüm, axı pul ödəməli idim. Deyirlər ki, hələ aprelin 24-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə şəxsi hesabım bağlanıb. Pul vermədilər mənə. Məhkəmənin qərarı varsa, niyə vətəndaşın bundan xəbəri yoxdur? Həmin qərar nəyə əsaslanıb? Biz indiyədək protokolu görməmişik. Niyə saxlayıblar, niyə axtarış aparıblar? Pul külli miqdarda olsaydı, başqa cür hərəkət edərdim”./azadlıq/
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39