Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Vəkili Leyla Yunusun villasından və pulundan danışdı

“Əvvəl qoy əziyyət çəkib, Leyla Yunusun xaricdə əmklakını müəyyən etsinlər, sonra da həmin əmlaklar üzərinə həbs qoyarlar və ya dondurarlar”.

Bu sözləri hüquq müdafiəçisi Leyla Yunus ətafında baş verənlərə münasibət bildirən vəkil Xalid Bağırov dedi.

Xalid Bağırov Leyla Yunusun bankda külli miqdarda pulunun dondurulması və onun xarici ölkədəki evinə həbs qoyulması barədə Baş Prokurorluğun yaydığı məlumatdan danışarkən bildirdi ki. bunlar hələ müəyyənləşməyib:

“Kim Leyla xanımın külli miqdarda pulunun olmasını müəyyən etdi? Hələ əvvəlcə müəyyənləşdirsinlər ki, onun xaricdə evi var, bankda külli miqdar pulu var, sonra həbs qoyarlar.

Xatırladaq ki, Leyla və Arif Yunuslar erməni kəşfiyyatı ilə işləməkdə şübhəli bilinərək həbs edilən tanınmış journalist Rauf Mirqədirovun işi ilə bağlı açılan cinayət işinin istintaqına cəlb ediliblər. Yunus ailəsi ilə bağlı Baş Prokurorluğun yaydığı məlumatda onların bankdan külli miqdarda pul çıxarmaq istəklərinin qarşısının alındığı, hesablarının dondurulduğu və xarici ölkələrdən birində Leyla Yunusun adına ev (villa) aeroportda yoxlama zamanı səfər çantasından aşkarlandığı barədə xəbər əksini tapıb./axar/
1629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber