Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Bakıda qəti qadağan edilən dönərlər satılır

Gigiyena və Epidemiologiya Mərkəzi 2006-cı ildə toyuqdan dönərinin hazırlanmasını qadağan etsə də bu bir nəticə verməyib
Bakıda fəaliyyət göstərən dönərxanalarda manitorinqlərə başlanılacaq.

Səbəb isə keyfiyyətsiz ətin aşkara çıxarılmasıdır. Çünki son zamanlar məhz dönərxanalara, kafe və restoranlara keyfiyyətsiz ət paylanılması faktları aşkarlanıb.

Elnur Zeynalov 10 ildən artıqdır ki, dönər hazırlayır, özü də toyuq dönəri. Halbuki, özünün də xəbəri var ki, artıq 8 ildir toyuq dönərinin satışı qadağandır. Hər gün səhərdən-axşama qədər xeyli müştəri yola saldığını deyən dönərçi, bu fəaliyyətə icazə verən hər hansı sənəd də göstərmədi. Bizə təqdim etdiyi bu lisenziya sənədi isə tütün məhsulları satmaq üçündür.

Ümumiyyətlə paytaxtda fəaliyyət göstərən və əhalinin ən sıx yerlərində əhaliyə toyuq dönəri satan bu şəxslərin heç birində nə satdıqları ətin mənşəyi, nə də özlərinin tibbi sağlamıqlarına dair sənəd olmadı.

Gigiyena və Epidemiologiya Mərkəzi deyir ki, toyuqdan dönərinin hazırlanması qəti qadağandır. 2006-cı ildən qadağa tətbiq edən qurum bunun həmin illər toyuq dönərindən baş verən kütləvi zəhərlənmə ilə izah edir. Mərkəz yay fəsililə əlaqədar dönərxanlarda monitorinqlərə də başlayacaq.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, dönər məntəqələrində qanunusuzluq aşkar edildikdə sahibkarlara qarşı inzibati qaydada cəzalar tətbiq olunur: “Fiziki şəxslər 50-100 AZN-ə qədər, vəzifəli şəxslər isə 100 -200 AZN-ə qədər, hüquqi şəxslər isə 200-400 AZN-ə qədər cərimə olunurlar. Bu hal təkrarlandığı zaman isə həmin obyektlərin bağlanması haqda qərar qəbul olunur”.
1563 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi