Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

ABŞ hərbi kəşfiyyatının başçısı istefaya göndərilir

ABŞ müdafiə nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Maykl Flinn və onun birinci müavini Devid Şedd bu ilin axırına qədər vəzifələrini tərk edəcəklər.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, kontr-admiral Con Kirbi bəyan edib.

Onun sözlərinə görə, yeni rəhbərlik haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, hazırkı Kəşfiyyat İdarəsinin direktoru Flinn 2015-ci ilədək postunda qalmalı idi.

“Washington Post” qəzetinin əldə etdiyi məlumata görə, hərbi kəşfiyyat rəhbərlərinin idarəetmə üslubu həmkarlarının ciddi narazılığına səbəb olub.
1371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...