Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Ukraynada Slavyansk şəhərinin meri istefa verib

Ukraynada Slavyansk şəhərinin meri Nelya Ştepa istefa verib.

İstefa özünü şəhərinin “xalq meri” adlandıran Vyaçeslav Ponomaryovun təzyiqi ilə əlaqələndirilir.

Donetsk vilayətinin dövlət administrasiyası tərəfindən yayılan məlumatda Slavyanskda vəziyyətin mürəkkəbləşdiyi bildirilir.

“Etitazçıların lideri V.Ponomaryov şəhər rəhbərliyinə hədə-qorxu gəlməkdə davam edir. Onun sərəncamlarını yerinə yetirmədikdə isə müharibə vaxtı qanunlarına uyğun hərəkət edəcəyi ilə təhdid edir. Bu səbəbdən bu gün şəhər sovetinin iclasında deputatlar yekdilliklə Nelya Ştepanın istefasının lehinə səs veriblər”, - sənəddə deyilir.
1719 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
Go to TOP