Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Elnur Aslanovun media qrupu çökdürülür

Keçmiş şöbə müdirinin nəzarəti altında fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzi isə Novruz Məmmədova verildi

Gun.az saytı mayın 1-dən etibarən fəaliyyətini dayandırır. Artıq işçilərin çoxu işə gəlmir. Mayın 1-dən isə sayt rəsmi olaraq fəaliyyətini dayandırır. Bakupost.az saytında da artıq ixtisarlar var. Gun.az saytınının rəhbərliyi ilə əlaqə saxlamağa çalışılsa da, telefona cavab verən olmayıb. Amma saytın adının çəkilməsini istəməyən əməkdaşları faktı təsdiqləyiblər. Hazırda saytda 3 nəfərin işdə qaldığını söyləyiblər.ÿ

Gun.az və BakuPost Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun kurasiyasına aid idi. Bu ayın əvvəlində isə Elnur Aslanovun yaratdığı “Yurd TV”də bağlanmışdı. “Gün.az saytının fəaliyyətini dayandırması ilə bağlı xəbərlər əsassızdır”. Bunu isə lent.az-a açıqlamasında saytın məsul redaktoru Emil Quliyev deyib.

Redaktor bildirib ki, saytın iş üslubunun dəyişməsi ilə əlaqədar müəyyən ixtisarlar aparılıb: “Sayt kollektivində ixtisarlar aparılıb, bu, 10 nəfərə şamil edilib. Hazırda sayt fəaliyyətini davam etdirir və belə də davam edəcək”. Strateji Arşdırmalar Mərkəzinin (SAM) isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin nəzarətinə verilib. SIA-nın yaydığı məlumata görə, indiyə kimi Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin birbaşa idarəçiliyi altında fəaliyyət göstərən mərkəz bundan sonra işini adıçəkilən şöbənin nəzarəti altında davam etdirəcək.

Məlumatda deyilir ki, SAM-ın sədri Fərhad Məmmədovun vəzifəsində qalıb-qalmayacağı sual altındadır. Bu arada Elnur Aslanovun biznesi barədə yeni məlumatlar yayılıb. Axar.az-ın yaydığı xəbərə görə, media qurumları ilə biznes strukturların arasında vasitəçilik edən “Nyumedia” reklam şirkəti Elnur Aslanova məxsusdur.

Məlumatda deyilir ki, bu şirkət vasitəsilə Elnur Aslanovun media qurumları davamlı olaraq reklamla təmin edilib. Məlumatda şirkətin bu yolla milyonlarla manat həcmində reklamları Aslanova məxsus media qurumlarına verdiyini deyib. Elnur Aslanov Prezident Aparatında Informasiya Təminati şöbəsinin müdiri olan zaman tutduğu postdan istifadə edərək, biznes şirkətlərinin reklam məsələlərini “Nyumedia” şirkəti ilə razılaşdırmasına nail ola bilib.
1374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:37