Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

12 ailə bir hamama və bir tualetə möhtac qalıb

Onlar aralarında baş qaldıran mübahisəyə tezliklə son qoyulacağı günü gözləyirlər

Zirzəmidə məskunlaşan 12 ailə ümidlə yaşayır. Aralarında baş qaldıran mübahisəyə tezliklə son qoyulacağı günü gözləyirlər.

Bu sakinləri üz-üzə gətirən səbəb 10 ildən çoxdur ki,12 ailənin bir hamam və sanitar qovşaqdan istifadə etmələridir. Daha dəqiq desək, Xətai rayonu, Yusif Səfərov küçəsi, bina 12-də yaşayan məcburi köçkünlər deyir ki, hər gün dalaşırlar. Ailələrin bir hamam və sanitar qovşaqdan istifadə etdiyini nəzərə alsaq, o zaman ailələr arasında hər gün baş verən qalmaqalı da anlamaq çətin olmaz.

Qonşular artıq bu mübahisə ilə illərdir yaşamağa bir növ adət də ediblər. Hələ bu azmış kimi evlərinin döşəmələri də qopub tökülür. Şikayətçilər öz hesablarına yerə köhnə taxtalar döşəsələr də, heç bir xeyri yoxdur. Nəmişlikdən evlərin içərisi kif bağlayıb. Üfunət iyindən içəri girmək mümkün deyil.

Müsahiblərim deyir ki, nəmişlikdən və natəmizlikdən uşaqdan böyüyə hər kəs xəstədir. Amma onların bu vəziyyətilə hələ də maraqlanan yoxdur. Baxmayaraq ki, şikayətçilər onlara yeni evlərin verilməsilə əlaqədar dəfələrlə müvafiq orqanlara müraciət ediblər.

Bina sakini Mürşüd Hümmətov deyir ki, evi pis gündədir: “Hamı bir otaqda yaşayır. Uşağımın evlənəsi vaxtıdır, amma mən evsizlik ucbatından onu evləndirə bilmirəm.”

Məcburi köçkünlərin bu natəmizlikdə yaşamaları aidiyyatı qurumları narahat etməsə də, binanın yuxarı mərtəbəsində yaşayan sakinləri narahat edir. Müsahiblərim deyir ki, paltarlarını belə binanın həyətindən asa bilmirlər. Qonşular maşınlarını saxlaya bilmədiyindən məcburi köçkünlərlə aralarında mübahisə yaranır.

Digər bina sakini Əzizə Hacıyevanın sözlərinə görə, dünən səhər durmuşam, görürəm ki, ipin üstünə sərdiyim paltarların ipini kimsə kəsib: “Soruşuram deyirlər ki, əcəb etmişik. Bura paltar sərib bizim maşın saxlamağımıza mane olursunuz, həm də binanın həyətinin görünüşünü korlayırsınız.”/ans/
1481 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42