Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Xarkov meri yəhudi olduğu üçün güllələnib

Xarkov vilayətinin yəhudi icması bəyanatla çıxış edərək, Qenadi Kernesin rusiyameylli qüvvələr tərəfindən güllələndiyini deyib.

İcma üzvləri ona qarşı sui-qəsdin milli mənsubiyyəti üzündən baş verdiyini xatırladıblar:

“Kernes heç vaxt özünün yəhudi kökənli olduğunu nümayiş etdirmirdi, eyni zamanda, milli mənsubiyyətini də danmırdı. O, həmişə şəxsi vəsaitini Xarkovdakı senaqoqa xərcləyərdi. Mer kimi yox, bir vətəndaş olaraq bu addımı atırdı. Bir neçə il bundan öncə yerli ravvin Moşe Moskoviça tərəfindən sünnət olundu. Bu mərasimdən sonra o, Moşe yəhudi adını seçdi”.

Xatırladaq ki, hazırda İsraildə əməliyyat olunan Xarkov meri Qenadi Kernesinin vəziyyətinin ağır olduğu deyilir. Koma vəziyyətinə salınan pasient üzərində 10 saata yaxın əməliyyat aparılıb. Bel nahiyəsindən güllə yarası alan Kernesin sağlamlıq durumu ilə əlaqədar həkimlər birmənali fikir bildirməkdən çəkinirlər.
1556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber