Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Edvard Snouden Rusiyada müvəqqəti sığınacaq vaxtının uzadılacağına ümid edir

ABŞ xüsusi xidmətlərinin keçmiş əməkdaşı Edvard Snouden Rusiya hökumətinin ona verdiyi müvəqqəti sığınacağın vaxtını uzadacağına ümid edir.

“Reuters” agentliyinin verdiyi xəbərə görə, bu barədə sabiq kəşfiyyatçının vəkili Cesselin Redek (Jesselyn Radack) bildirib.

Onun sözlərinə əsasən, icazə müddəti cari ilin iyun ayınadəkdir, lakin bu müddətin uzadılacağına ümid var. Bununla yanaşı o qeyd edib ki, E.Snouden ölkəsi üçün darıxır və evinə qayıtmaq istəyir: “Bunun yaxın gələcəkdə baş tutmasını heç təsəvvür belə etmirik. ABŞ Ədliyyə Nazirliyi E.Snoudenin üzərindən “dövlət sirrini yaymaq” ittihamını götürməsə, onun ölkəsinə qayıtmaq şansı yoxdur. Nazirlik bu mövzunu müzakirə etmək istəyərsə, şad olarıq.”/SalamNews/
1188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber