Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

“Ölkə yaxın zamanlarda idarəolunmayan xaos yaşayacaq”

Eldəniz Quliyev: “Sanki kimlərsə bilə-bilə bu iqtidarı birbaşa faciəvi sonluğa sürükləyir”

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev son günlər baş verən hadisələr fonunda hakimiyyətin gələcək aqibətini şərh edib. E.Quliyevin sözlərinə görə, bu gün baş verənlər hakimiyyətin gələcəyi baxımından yaxşı heç nə vəd etmir:
“Hakimiyyət nadanlıqla haşiyələnmiş bir siyasət yürüdür. Avtoşlarla, harın məmur balaları ilə bacarmayan bir hakimiyyət günahsız NİDA-çı gənclərə cəza verir, “qızım sənə deyirəm, gəlinim sən eşit” ritorikası sərgiləyir. Bağdaddakı kor xəlifəni yamsılayırlar və bütün bunlar sadəcə öz hakimiyyətlərini saqqız kimi uzatmaq üçündür. Mən hələ belə kəmağıllıqla dövlətin idarə olunmasını görməmişdim... Elə təsəvvür yaranır ki, hakim elitanın fəaliyyətini korrektə eləyən siyasi texnoloqlar qeyb olublar, yaxud kimlərsə bilə-bilə bu iqtidarı birbaşa faciəvi sonluğa sürükləyir. Belə getsə, ölkə yaxın zamanlarda idarəolunmayan xaos yaşayacaq”./moderator/
1508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 22:08