Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Moskva NATO sərhədində təlimlərə başladı

Rusiya Ukraynadan sonra Estoniya və Latviya sərhədində hərbi gücünü nümayiş etdirir.

Qərb hərbi dairəsi ordu aviasiyasının vertolyotları Estoniya və Latviya ilə həmsərhəd Pskov vilayətində təlimlərə başlayıb.

Bu barədə Rusiya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, polkovnik Oleq Koçetkov bildirib. Təlimlərə “Gecə ovçusu” adlandırılan “Mi-28N” zərbə vertolyotları, Ka-52 “Alliqator” və Mi-26T vertolyotları qatılacaq.

O.Koçetkov bildirib ki, təlimlərdə aeronaviqasiya, idarəetmə texnikasının təkmilləşdirilməsi, hava və yerüstü hədəflərin axtarışı məsələləri yerinə yetirilməlidir.
Qeyd edək ki, Estoniya və Latviya NATO ölkələridir.
1349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP