Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Beyləqan Peşə Məktəbində nə baş verir? - Biabırçılıq

Beyləqan Peşə Məktəbində nə baş verir? Direktor Nazim Məmmədov təhsil ocağının təlim sahəsini icarəyə verib, büdcənin 31 min manatını isə müxtəlif adlar altında mənimsəyib

Beyləqan Peşə Məktəbində qəribə hadisələr baş verir. Təhsil ocağının direktoru Nazim Məmmədov bu qurumu açıq bazara çevirib. Bununla əlaqədar aparılan araşdırmalar zamanı isə daha ilginc məqamlar üzə çıxıb.

Belə ki, Beyləqan Peşə Məktəbinin şagirdlərin təlim məşqləri üçün nəzərdə tutulan, münbit və suvarılan 100 hektar ərazisi icarəyə verilib. Direktor tərəfindən suvarılan torpağın hər hektarı ən azından 200 manatdan icarəyə verilir. 100 hektarı 200 manata vursaq, bu 20 min manat demək olar. Hələ buraya həmin torpaq sahələri üçün ayrılmış dövlət pullarını da əlavə etsək, rəqəmlərin yüz min manata qədər yüksəldiyini deyə bilərik.

Bəzi iddialara görə, bu torpaq sahəsinin ümumi həcmi bir neçə il bundan əvvələ qədər 200 hektar olub. Lakin Nazim Məmmədov həmin ərazilərin yarısını müxtəlif adlar altında satmağa nail olub.

Lakin onların araşdırılmasına ehtiyac olduğundan yaxın günlərdə nəticələrlə bağlı oxuculara məlumat verəcəyik. Amma ona qədər büdcədən Beyləqan Peşə Məktəbinə ayrılmış pulların aqibətindən bəhs edək.

Qeyd edək ki, bu ilin 9 ayı ərzində dövlət büdcəsindən Peşə Məktəbinə üst-üstə 31 min manatdan bir qədər artıq vəsait ayrılıb. Bu vəsaitlərin 7000 manatı bərk inventarların alınmasına sərf olunub. Avadanlıqların alınmasına isə 5000 manat xərclənib ki, hər iki əməliyyatı da «Texfon 2013» MMC həyata keçirib. Bundan əlavə Nazim Məmmədovun rəhbəri olduğu təhsil ocağına digər alışlar və xidmətlərin satın alınması üçün də 5410 manat xərclənib. «Miraj-KL» MMC tərəfindən həyata keçirilən proses yeganə olmayıb. Bu MMC vasitəsi ilə həmçinin 9000 manatlıq «Sair xərclər maddəsi» üzrə satınalmalar da həyata keçirilib. Bundan başqa, idarənin digər xərcləri maddəsi üzrə malların alınmasına da eyni şirkət rəhbərlik edib və bu məqsədlə 2000 manat pul xərcləndiyi qeyd olunur.

Maraqlıdır ki, Beyləqan Peşə Məktəbinə hər nə alınıbsa, bunu ancaq iki şirkət həyata keçirib. Məsələn, «Texfon-2013» MMC yumuşaq inventarların alınmasına 3000 manat, digər maşın və avadanlıqların satın alınmasına 7000 manat, dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınmasına isə 4900 manat pul sərf edib. Əslində isə bu işlərin yalnız kağız üzərində həyata keçirildiyi deyilir. Çünki bu qədər vasitlə deyilənlərin iki dəfə artığını almaq mümkündür./demokratiya/
1527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08