Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Luqanskda etirazçılar həbsxanaya hücum etdi

Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır. Ukrayna mətbuatının verdiyi xəbərə görə, Luqansk şəhərində nəzarət bütünlüklə rusiyameyilli etirazçıların əlinə keçib.

Etirazçılar bütün dövlət binalarındakı Ukrayna dövlət bayraqlarını endirib yandırır, əvəzində isə rus və öz bayraqlarını asırlar.

Ukraynalı jurnalist Vasili Krutçak öz facebook səhifəsi vastəsi ilə Luqanskda baş verənlər haqda yazıb. Onun sözlərinə görə, etirazçılar şəhərin əsas həbsxanası olan 17-ci kalonuna hücum edərək, orda olan silah-sursatı ələ keçirib.

Həbsxana nəzarətçiləri və rəhbərliyi qapıları məhbusların üzərinə bağlayaraq qaçıblar.
1568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber