Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

“Ayna- Zerkalo“da axtarış

“Ayna- Zerkalo“da axtarış: Elçin Şıxlının kompüteri müsadirə olundu

“Baş Prokurorluqda dindirilməyə dəvət edilməmişəm. Bundan sonra Rauf Mirqədirovla bağlı hansı müdafiə tədbirlərini görəcəyimiz tədqiqatın gedişatından asılıdır. Məsələn, Ukrayna Jurnalistlər Birliyindən dəstək məktubu gəlib. Rauf Mirqədirovun atası da Prezidentə müraciət edib. Hələ ki, səs-səmir yoxdur. Deyəsən, müraciətlərin əhəmiyyəti bir o qədər hiss olunmur. Amma hər halda bir o qədər də səs-küy salmadan əlimizdən gəldiyi qədər işlərimizi görməliyik”.

Bunu “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.

Baş redaktor bildirib ki, redaksiya ofisində də axtarış aparılıb: “Təbii, məni də dindirilməyə çağıracaqlar. Yəni 10 gündür “Ayna-Zerkalo” redaksiyasında da axtarış aparılıb, baxış keçirilib. Biz səs salmamışıq. Məsələn, mənim kompüterimi aparıblar. Nə yoxlayırlar, hələ bilmirəm. Belə şeylər var. Sadəcə olaraq işlərini görsünlər, görək nə olur”./modern/
1474 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16