Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

Ərdoğan: “Yaxın günlərdə İsraillə razılaşma imzalanacaq”

İsraillə Türkiyə arasında münasibətlərin normallaşdırılması haqda razılaşma yaxın günlərdə və ya həftədə əldə ediləcək.

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Bloomberg” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar zaman “Mavi Mərmərə” gəmisində baş verən münaqişə nəticəsində həlak olanların ailələrinə kompensasiyanın verilməsi haqda razılıq əldə olunub.

“Bu razılaşmadan sonra biz prosesin normallaşdırılması ilə bağlı müzakirələrə başlaya bilərik. Ümid edirəm ki, yaxın gün və ya həftə ərzində razılıq əldə etməyimiz üçün heç bir mane olmayacaq”-deyə, o, vurğulayıb.

israil rejimində çıxan “İsrael a-Yom” qəzeti isə ölkənin yüksək vəzifəlilərinə istinadən bildirib ki, razılıqla bağlı onlarda məlumat yoxdur.

Qəzetin məlumatına əsasən, sionist rejimi zərərçəkənlərin “Mavi Mərmərə” fonduna 21 milyon dollar həcmində kompensasiya köçürüb.

1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat