Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

130 yaşlı bina hər an uça bilər

Mərkəzdə qamətini əyən bina, deyəcəksiniz ola bilməz. Hər halda mərkəzdə bu mənzərəni görüb bir tədbir görülməyə, elə biz də bu fikirdəydik. Amma belə bir bina var, MİS də bundan xəbərdardır. Onlar əraziyə qırmızı lent çəkməklə də kifayətləniblər.

Bəli, təhlükə qaçılmazdır, ancaq sakinlərin başqa çarəsi olmadığı üçün təəssüf ki, hər an uçma təhlükəsi olan 130 yaşlı binada həyatlarını davam etdirməyə məcburdular. Şamil Əzizbəyov, 140 ünvanında 3 mərtəbəli bu binada yaşayan sakinlər deyir ki, artıq uzun illərdir, bu şəraitə dözürük. Ancaq sonuncu dəfə baş verən zəlzələdən sonra hər gün binanın bir tərəfində divarların daşları dağılır.

Binanın konstruksiyasının xeyli hissəsi taxtadan yığılıb, yağış, qar illərlə həmin hissələri yuduğu üçün artıq tamamilə çürüyüb. Müsahiblərim deyir ki, hər bir aidiyyatı orqanlara müraciət ediblər. Ancaq qarşılığında əldə etdikləri yalnız baxış olub.

Binanın su və sanitar qovşağının boruları tamamilə korroziyaya uğrayıb. Afaq Hüseynovanın isə evinin divarları əyildiyi üçün heç qapısını belə aça bilmədik ki, çəkiliş aparaq. Qapı ilə Afaq xanımın xeyli mübarizəsindən sonra qərar verdik ki, elə yaxşısı budur, binanın həmin hissəsindən uzaq qalaq.

Çünki qapı sıxılıbsa, deməli üzərində ağırlıq var və guc tətbiq etməklə açılarsa, divarın üstümüzə uçmayacağına heç kəs təminat verə bilməz. Elə əraziyə baxış keçirən 15 saylı Mənzil-Kommunal İstismar sahəsinin də nümayəndələri həmin hissəni xəbərdaredici lentlə əhatəyə alıb. Necə deyərlər, özlərinə məxsus üsulla həll yolu tapıblar.

Məsələnin nə zaman həllini tapacağını müəyyən etmək üçün 15 saylı Mənzil-Kommunal İstismar səhəsinə yollandıq. Sahə rəisi Mirkazım Əliyev bildirdi ki, əraziyə dəfələrlə baxış keçirilib. Müvafiq qurumlara müraciətimizə də cavab gəlib ki, hələlik sözügedən ünvanda işlərin aparılmamasına səbəb lazım olan vəsaitin olmamasıdır.

Nə deyirik, təki elə olsun, deyilənlərin həqiqət olmasını və reallığa çevrilməsinin hamıdan çox istəyən sakinlərdir. Hələlik isə, gözləməkdən başqa çarə qalmır, ən azından qurumdan aldığımız cavab bunu deməyə əsas verir, təki gec olmasın. /ans/
1608 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı