Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Avropa Liqasında finalçılar müəyyənləşib

İspaniyanın “Sevilya” və Portuqaliyanın “Benfika” klubları finala vəsiqə qazanıblar

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. İpaniyanın “Sevilya” və Portuqaliyanın “Benfika” klubları finala vəsiqə qazanıblar.

İspaniya duelində meydan sahibləri səfərdə buraxdıqları 2 topun əvəzini çıxmalı idilər. 10 il əvvəl UEFA kubokunu qazanan “Valensiya” öz meydanında “Sevilya”yanın qapısından 3 top keçirib. Amma “Sevilya” əlavə edilmiş vaxtda 1 qol vuraraq “Valensiya”nın arzularının üstündən xətt çəkib. “Sevilya” rəqib meydanında vurduğu qol hesabına finala yüksəlib.

“Yuventus” isə mayın 14-də doğma şəhərində keçiriləcək həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. Oyundan əvvəl məhz turinlilər favorit sayılsalar da, “Benfika”nın etibarlı müdafiəsi italiyalılara heç bir şans verməyib. Hətta portuqaliyalıların iki oyunçusunun 67-ci və 89-cu dəqiqələrdə qırmızı vərəqə alaraq meydandan qovulması belə “Yuventus”a kömək etməyib. “Benfika” öz meydanındakı qələbə sayəsində finala yüksəlib.

Avropa Liqası
Yarımfinal, cavab oyunları
1 may

“YUVENTUS” (İTALİYA) – “BENFİKA” (PORTUQALİYA) - 0:0

Qırmızı vərəqə: Perez, 67 ("Benfika")
Baş hakim: Mark Kalattenburq (İngiltərə)
Turin. “Yuventus” stadionu
İlk oyun – 1:2

“VALENSİYA” (İSPANİYA) – “SEVİLYA” (İSPANİYA) - 3:1

Qollar: Feghouli, 14; Beto, 26; Mathieu, 70 - M Bia
Baş hakim: Milorad Majiç (Serbiya)
Valensiya. “Mestalya” stadionu

İlk oyun – 0:2
1792 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber