Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Ukrayna ordusu hücuma keçdi: itkilər var

Slavyansk şəhərində xüsusi əməliyyat zamanı silahlı qarşıdurma baş verib

Ukrayna ordusu xüsusi əməliyyata başlayaraq, Slavyansk şəhərində hücuma keçib. Bu barədə xəbəri Donbass özünümüdafiə qüvvələri yayıb.

Slavyansk şəhəri mühasirəyə alınıb, şəhər ətrafında ağır zirehli texnika keşik çəkir. Ukrayna ordusu aviasiyadan da istifadə edir. Artıq etirazçılar tərəfindən orduya məxsus 2 helikopterin vurulduğu, 1 pilotun həlak olduğu bildirilir. Slavyansk özünümüdafiə qüvvələrinin fəallarının yaydığı məlumata görə, helikopterlərdən yerə atəş açıdıqdan sonra cavab olaraq yerdən raket buraxılıb.

Məlumata görə, Kiyev rəhbərliyinin əmrini yerinə yetirən ordu qüvvələri ilə federallaşma tərəfdarları arasında toqquşmalar Slovyansk şəhərinin mərkəzində baş verir. Şəhərin silahlı toqquşmaların baş verdiyi ərazilərindən qara tüstünün qalxdığı görünür.
1926 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber