Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Türkiyədə 1 may etirazlarə

Foto müxbirlərdən biri polisə sapandla daş atan, ayağında bahalı krasovka olan bir neçə nümayişçinin şəklini çəkib

Ötən gün Türkiyənin İstanbul şəhərində keçirilən 1 may dünya zəhmətkeşlərinin həmrəyliyi bayramı polis və nümayişçilər arasında keçirilən insidentlərlə yadda qalıb.

Ənənəni bu il də pozmayan nümayişçilər yenə də daşlarla və dəyənəklərlə polislərə, işyerlərinə, kafelərə və bankomatlara hücum ediblər.

Polis isə öz növbəsində qarşı tərəfə gözyaşadırdıcı qaz, rezin güllə və təzyiqli su ilə müdaxilə edib.

Baş vermiş insident nəticəsində hər iki tərəfdən çox sayda insan xəsarət alıb.

Türkiyədə əsasən fəhlələrin, kasıb işçilərin və əzilmiş kütlənin bayramı kimi göstərilən 1 may nümayişində daha bir nüans jurnalistlərin diqqətini cəlb edib.

Belə ki, foto müxbirlərdən biri polisə sapandla daş atan, ayağında bahalı krossovka olan bir neçə nümayişçinin şəklini çəkib. Onlardan birinin ayağında isə “New Balance” marka bahalı ayaqqabı olub.
1696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı