Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

02 mayda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Mayın 02-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi günün ikinci yarısında və axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 10-13, gündüz 21-26, günün birinci yarısında yarımadanın bəzi yerlərində 29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Mayın 02-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 25-30, bəzi yerlərdə 33, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
2198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14
Ə