Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

82 yaşlı ana, onun 52 yaşlı əlil qızı və qaranlıq otaq

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, mənzil 5 ünvanında yaşayan bu kimsəsizlərin qapısına bu illər ərzində bir nəfər də yaxın gəlməyib

20 il gözdən, könüldən iraq düşmək, qohumların, yaxınların, qonşuların görmədikləri, bəlkə də görmək istəmədikləri kimsəsiz ailə. İllərin üz cizgilərində, yaddaşında iz buraxdığı ağbirçək və onun xəstəlikdən ayağa qalxa bilməyən əlil qızı.

Bu qapını illərdir döyən yoxdur, uzun müddətdən sonra bu qapını döyən yəqin ki, biz olduq. İçəri daxil olanda isə gördüklərimizdən dəhşətə gəldik. Natəmizlik bir yana, 82 yaşlı ana, onun 52 yaşlı əlil qızı və qaranlıq otaq. Bəlkə də illərdir otaq işiq üzü görməyib. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsi, mənzil 5 ünvanında yaşayan bu kimsəsizlərin qapısına bu illər ərzində bir nəfər də yaxın gəlməyib. Evdə yaşayan 53 yaşlı Zemfira Rüstəmova uşaq vaxtı xəstəlik keçirib. Daha sonra xəstəlik irəliləməyə başlayıb və o, əlil qalıb.

Müalicə ala bilməməyi isə xanımın bütün həyatını məhv edib. İndi həm ayaqları, həm də əlləri işləməyən xanım 82 yaşlı anasının ümüdinə qalıb. Anası isə ona çox çətinliklə baxır. Zemfira xanımın iki bacısı olsa da, onlar bu ailədən üz döndəriblər desək, yalan olmaz.

Buna səbəb bacılardan birinin xaricdə yaşaması, digərinin isə ailə başçısı evlərini satan zaman ata mülkündən ona pay verməməsi üzündən inciməsi olub. Aldıqları təqaüdlə dolanan ailə deyir ki, imkansızlıq səbəbindən qazları da yanmır. Onlar nə vaxti isti çörək yediyini, nə vaxt isti hamamda çimdiyini belə xatırlamırlar.

Şikayətçi Zemfira Rüstəmova deyir ki, evdə yoqurt çörək yeyirəm. Başqa heç nə, mənə nə qədər müraciət etdim, kömək edən olmadı, ancaq belə yataq xəstəsiyəm.

Zemfira xanımın anası yaşlı olduğundan təmizlik belə edə bilmir. Yığılıb qalmış qablar bəlkə də aylardır yuyulmur. Zemfira xanım ümidini itirmir. Onu ayağa qaldıra biləcək həkimlərin var olduğuna inanır. Elə biz də bu inamla Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən sabah xanımın xəstəliyilə maraqlanacaqlarını bildirdilər.

Hər halda kimsəsiz ağbirçəklə onun əlil qızının vəziyyəti göz qabağındadır. Bəlkə onları görən qohumların ürəyinə bundan sonra insaf gəldi. Bəlkə 20 ildən sonra onların varlığını xatırlayan oldu. Bu, artıq qalır, hərənin öz insafina./ans/
2015 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı