Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Şahin Sultanov necə həbs olunub?

Vitse-admiralın vəkili həbsin bəzi təfərrüatlarını açıqladı

“Şahin Sultanovla iki gün əvvəl görüşmüşük, əhval-ruhiyyəsi çox yaxşıdır. Ona qarşı irəli sürülən ittihamlarla qəti şəkildə razı deyil. Bununla bağlı apelyasiya şikayəti vermişik, amma hələ ki, nəticəsi yoxdur”. Bu sözləri aznews.aə-a Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədov bildirib. Onun sözlərinə görə, Şahin Sultanovla yaxın qohumları da görüşüb.
Vəkil bildirib ki, vitse-admiralın həbsi müvəkkilinin özünə də qaranlıqdır. Adəm Məmmədov Şahin Sultanovun hansı şəraitdə həbs olunduğunu da açıqlayıb.
“Onu Respublika Hərbi Prokurorluğunun inzibati binasına şahid qismində dəvət elədilər. Barəsində həbslə bağlı protokol tərtib elədilər. Oradaca - müstəntiqin otağında həbs olundu. 48 saatlıq həbs barədə qərar qəbul olundu və üzləşmə istintaq hərəkəti aparılandan sonra barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi”, - deyə vəkil bildirib.

Adəm Məmmədovun sözlərinə görə, Şahin Sultanov həbs olunan zaman ona qarşı psixiloji təyizqlərə cəhd olub: “Onun həbsinin həyata keçirilməsində Respublika Hərbi Prokurorluğunun əməkdaşlar həddən artıq ciddi psixiloji təzyiq etmək istəyirdilər. Orda admiralla əsgərə fərq qoyulmayan hərəkətlər elədilər. Hətta mübahisəmiz də oldu. Ora gələn kimi protokol tərtib olunmadan qoluna qandal vurdular. Hələ onda şahid qismində dindirilirdi. Sonra mən etirazımı bildirdim və protokol tərtib olunandan sonra yenidən qolunu qandalladılar.
Şahin müəllim isə qoluna qandal vurulmasını soyuqqanlıqla qarşıladı".

Vəkil onu da bildirib ki, yüksək vəzifəli şəxslər, generallar Şahin Sultanovun ailəsinə zəng vurub vitse-admirala dəstək olduqlarını deyiblər: “Yüksək səlahiyyətli şəxslər, generallar zəng vurub dəstək olduqlarını bildirirlər. Çünki Şahin müəllim Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin yaradılmasının təşəbbüskarı olub. Bundan əlavə Xəzər dənizində neft qaz təhlükəsizliyi ilə bağlı layihələrin müəllifidir”.
Adəm Məmmədov sonda qeyd edib ki, Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv olunacağına ümid edir. Əks təqdirdə isə vəkil bununla bağlı ölkə rəhbərliyinə müraciət edəcəyini bildirib.

“Şahin Sultanovun həyat yoldaşının müraciəti qaş düzəltmək əvəzinə göz çıxartmaq təəssüratı yaradır. Şahin Sultanovun fəaliyyəti ilə bağlı onun həyat yoldaşı ən xırda detallarına qədər niyə bilməlidir”. Bu sözləri isə axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Şahin Sultanovun həyat yoldaşının çıxışının vitse-admiralın əleyhinə işlədiyini bildirib:
“Onun müraciətdə yazdığı fikirlər vitse-admiralın ziyanına işləyə bilər. Məsələn, istintaq altında olan adama bizim Penitensiar Xidmət necə görüş verir? Bir sözlə, onun həyat yoldaşının prezidentə müraciəti ortaya xeyli əlavə suallar çıxardır. Bu suallar da Şahin Sultanovun ziyanına işləyə bilər”.
Hərbi ekspert hələ vitse-admiralın gələcək taleyi ilə bağlı dəqiq fikir söyləməyin tez olduğunu qeyd edib:
“Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə bağlı onun yoldaşı açıqlayır ki, biz bunları rus generalları, admirallarına göstərəndə onlar burada 1965-ci ilin gəmilərini saxlayıb getdiklərini və Azərbaycanın bunun öhdəsindən necə gələ biləcəyini fikirləşdiklərini deyirdilər. Əslinə qalsa, o tip açıqlamalar göstərir ki, Azərbaycan 1965-ci ilin gəmilərinin öhdəsinə qalıb. Amma orada yeni katerlər var və xeyli modernləşdirmə həyata keçirilib. Yenə deyirəm, hələ istintaq gedir. Ola bilsin ki, istintaqın sonunda Şahin Sultanov azadlığa da buraxılsın. Həyatdır da. Onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilibsə, bu, onun tam həbs edilməsi demək deyil. Hər şey ola bilər. Bu aylar ərzində bəlkə ortaya elə faktlar, arqumentlər çıxa bilər ki, bu adamla bağlı olmayan məsələlər olsun”.

Üzeyir Cəfərov Şahin Sultanovun həyat yoldaşının açıqlamasının ortaya çox suallar çıxardığını deyib:
“Əvvəl vəkilinin, sonra isə həyat yoldaşının ehtiyatsız açıqlamalarına diqqət edin. Onun həyat yoldaşı Etibar Pirverdiyevlə niyə danışmalıdır? ”Azərenerji"nin rəhbərinin vitse-admiralın həbsi ilə nə əlaqəsi var? Bu xanım Etibar Pirverdiyevə narahat olduğuna görə zəng edir. Etibar Pirverdiyev isə deyir ki, ürəyinizi buz kimi saxlayın. Admiralın həbsinə görə “Azərenerji” sədrinə niyə zəng olunmalıdır? Məntiq deyilən anlayış var. Ümumiyyətlə, Iradə Sultanova kobud səhvlərə yol verib. Istintaq altında olan şəxsə onun oğluyla görüşməsinə necə icazə verilir? Onunla yalnız hüquqlarını müdafiə edən vəkil görüşə bilər. Bir sözlə, bu müraciət çox uğursuz bir şey oldu. Bu fikri ortalığa atan şəxs Şahin Sultanova daha çox zərbə vurdu".
Adəm Məmmədov Üzeyir Cəfərovun fikirlərinə cavab olaraq “Azadlıq”a bunları deyib: “Mən xüsusilə Şahin Sultanovun yaxınlarının onunla görüşməsi barədə deyilənlərə aydınlıq gətirmək istəyirəm. Həbs yerlərində saxlanılan şəxslərin huquq və azadlıqları haqqında qanunun 15.2.1-ci maddəsi həbs olunan şəxsin yaxınları ilə görüşünü nəzərdə tutur. Bu qanun bir neçə il əvvəl qəbul olunub. Ola bilər bu baxımdan, həmçinin Üzeyir Cəfərov hüquqşünas olmadığı üçün bundan xəbəri olmasın. Digər məsələlərə gəlincə, sabah (bu gün-red) saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində mən və Şahin Sultanovun xanımı mətbuat konfransı keçirəcək, orda həmin məsələrələ də aydınlüq gətirəcəyik”./azadlıq/
1848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50
Hasarın arxasındak