Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

ANS ÇM-də erməni mahnısı - MTRŞ-dən sərt bəyanat

Təvəkkül Dadaşov: "ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib"​.

ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedən "Qafqaz top 20" musiqili verilişində mütəmadi olaraq erməni müğənnilərin mahnıları səsləndirilir. Mahnını təqdim edərkən aparıcı aşağıdakı fikirləri ifadə edir: «Qafqaz respublikalarından biri də Ermənistandır. Qafqaz adı gələndə bu ölkəyə aid mahnını çarxımıza daxil etməyə bilməzdik. Hər halda obyektivliyi qorumaq lazımdı. Digər tərəfdən isə biz çalışırıq ki, ümumiyyətlə musiqidə, mədəniyyətdə sərhəd qoymayaq. Beləliklə də Ermənistanın və Azərbaycanın Dağlıq Qarabağ ərazisinin sakinlərinin ən çox dinlədiyi Markos və onun "Yari jantues" mahnısı …».

Qeyd edək ki, verilişin 06, 12, 19 və 26 aprel 2014-cü il tarixlərdə eyni hal müşahidə edilib.

"Movqe.az" məsələyə Milli Televiziya və Raido Şurasının da münasibətini öyrənib. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında faktı təsdiqləyib. MTRŞ səlahiyyətlisi bildirib ki, ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi ilə bağlı Şuranın rəhbərliyinə arayış hazırlanaraq təqdim edilib: "ANS ÇM-də erməni mahnılarının səsləndirilməsi və aparıcının bunu açıq şəkildə bəyan etməsi barədə arayış hazırlanaraq rəhbərliyə məlumat verilib. Qanuna müvafiq şəkildə tədbirlər görüləcək".

Xatırladaq ki, verilişin layihəsini ANS telekanalının məşhur siması Aytən Səfərova yeni layihə hazırlayıb. Aparıcı "Qafqazın TOP-20 mahnısı” adlı verilişdə "səsləndiriləcək mahnılar içərisində erməni musiqilərinin də yer alacağını" əvvəldən qeyd etmişdi. Bu barədə sosial şəbəkələrdə məlumat verən aparıcı belə yazmışdı:

"Bu gün ANS ÇM radiosunda "Qafqazın TOP-20 mahnısı”nın çartı başlanır. Burada bütün Qafqaz respublikaları, o cümlədən, Ermənistandan da nümayəndələr var. Aparıcı: Aytən Səfərova, ideya müəllifi: Vahid Mustafayevdir”.
1807 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51
Hələbdəki